Elektrikli avtomobil istehsalçısı Tesla ABŞ, Çin, Kanada və Yaponiyada Model 3 və Model Y avtomobillərinin qiymətini qaldırıb.
Kommersant.az xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla ABŞ, Çin, Kanada və Yaponiyada Model 3 və Model Y avtomobillərinin qiymətini qaldırıb.
Bu il bir neçə dəfə endirimlərə gedən Tesla bu dəfə mühüm bazarlarında avtomobillərinin qiymətlərini artırıb.
Şirkətin saytındakı qiymət siyahısına əsasən, Teslanın Model 3 avtomobilinin Çində qiyməti 229 min 900 yuandan 231 min 900 yuana (33 min 549 dollar) yüksəlib. Model Y avtomobilinin isə qiyməti artırılıb.