USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan-dan investorları sevindirəcək "BIST" hesabatı

03.05.2023 İqtisadiyyat
15 6
JPMorgan, Türkiyədəki seçkilərdən sonra güclü və mötədil ortodoks pul siyasətlərinə görə dollar/TL təxminlərini açıqladı və ortodoks siyasətlərə güclü bağlılığın təsbit ediləcəyi təqdirdə MSCI Türkiyə indeksinin dollar ifadəsində yüzdə 74 artım potensialına sahib ola biləcəyini bildirib.

Kommersant.az xəbər verir ki, JPMorgan-ın strateqləri David Aserkoff və Inga Q. Galeni tərəfindən imzalanan 2 may tarixli hesabatda, dollar/TL təxminləri güclü ortodoks siyasət ssenarisində 25, mülayim ortodoks siyasət ssenarisində isə 30 səviyyəsində proqnozlaşdırılırdı. Bank Türkiyə üçün neytral mövqe tutduğunu da açıqlayıb.

Hesabatda həmçinin qeyd olunub ki, yüksəliş gözləyən investorlar üçün bankçılıq və Koç Holdinq kimi şirkətlər sərmayə qoyacaq əsas yerli sektorlar ola bilər.