Türkiyədə ən əhatəli kripto pul sorğusunun nəticəsi: İnvestorun 35 faizi “Bitcoin liderliyi başqa kripto pula buraxacaq” deyib. Çoxları kriptovalyutaları uzunmüddətli investisiya kimi görmür.
Kommersant.az xəbər verir ki, Türkiyədə kriptovalyuta sərmayələri ilə bağlı ən əhatəli araşdırmanı Işık Universiteti İşlətmə Başçısı Prof. Dr. Dilek Leblebici Teker və PhD tələbəsi Esin Demirel edir. 2023-cü ilin birinci rübü üçün hazırlanan sorğuda respondentlərin 76 faizi 26-50 yaş arasındadır.
İştirakçıların 100 faizinin ən azı bakalavr, 31 faizinin isə doktorluq dərəcəsi var. Respondentlərdən ilk olaraq portfel yaratarkən hansı sahələrə investisiya etdikləri soruşulub. Birinci yeri valyuta-Avrobond tutub.
Həm siyasi diskurs, həm də yerli və qlobal makro xəbərlər fərdlərin investorların davranışını dəyişməsinə səbəb olur.