Rusiya-Ukrayna müharibəsi ilə yüksələn neftin qiyməti mart ayından bəri ilk dəfə 75 dollardan aşağı düşüb. Brent markalı neft ucuzlaşıb. Brent markalı neftin barel qiyməti mart ayından bəri ilk dəfə 75 dollardan aşağı düşüb.
Kommersant.az xəbər verir ki, neft, OPEC+ üzvü olan ölkələrin könüllü olaraq hasilatı 1 milyon bareldən çox azaltmaq qərarına görə aprel ayında 87 dollara yüksəlib.
Neft qiymətləri ABŞ iqtisadiyyatındakı problemlər, bank böhranı və Çin iqtisadiyyatında zəifliyin davam etməsi səbəbindən ucuzlaşmağa başlayıb. Qlobal iqtisadiyyatda zəifləmə gözləntiləri neftə tələbi azaldacağı üçün azalma daha da sürətləndi.
Morgan Stanley neft bazarında sutkada 500 min barel artıq təklifin ola biləcəyini proqnozlaşdırıb ki, bu da enişi sürətləndirib. “Brent” markalı neftin bir barelinin qiyməti 1 dollardan çox azalaraq 74,32 dollara çatdığı halda, NYMEX-də Qərbi Texas neftinin bir barel qiyməti 1 dollar azalaraq 70,66 dollar olub.