"Kommersant" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, ölkəsini xarici dövlətlərdən qorumaq məqsədi ilə embarqo tətbiqi ilə bağlı fərman imzalayıb. Belə ki, fərmana əsasən, qanun 2019-cu ilin sonlarına qədər qüvvədə olacaq.
Prezident, hökumətə, fərmanı həyata keçirmək üçün bütün tədbirlərdən istifadə etməyi tapşırıb. Qeyd edək ki, fərman, bu gündən qüvvəyə minib. Ekspertlərin rəyinə görə, bu addım qiymət artımına və inflyasiyaya təsir etməyəcək.