USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fed keçdi, gözlər indi ECB-də

04.05.2023 İqtisadiyyat
16 4
Qlobal bazarlar FED-in pul siyasəti qərarları və FED sədri Jerome Powell-in iclas sonrası açıqlamaları ilə qarışıq bir kurs izləsə də, bu gün Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı investorların diqqət mərkəzində olub.

ABŞ Federal Ehtiyat Sistemi (FED) dünən gözləntilərə uyğun olaraq siyasət faizini 25 bənd artıraraq, son 16 ilin ən yüksək səviyyəsi olan 5-5,25 faiz aralığına qaldırdı. Ötən ilin mart ayından etibarən 10-cu faiz artımını həyata keçirən Bank, uçot dərəcəsini cəmi 500 baza bəndi artırıb.

Bankdan verilən açıqlamada iqtisadi aktivliyin birinci rübdə "mülayim artım" qeydə alındığına diqqət çəkilərək, son aylarda iş yerlərində artımların güclü olduğu, işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı və inflyasiyanın davam etdiyi bildirilib.

Maraqlıdır ki, “kifayət qədər məhdudlaşdırıcı mövqe əldə etmək üçün bəzi əlavə sərtləşdirmənin məqsədəuyğun ola biləcəyi nəzərdə tutulur” ifadəsi izahatdan çıxarılıb.