USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TCMB inflyasiya proqnozlarını paylaşıb

04.05.2023 İqtisadiyyat
46 9
TCMB ilin ikinci inflyasiya hesabatını açıqlayıb. Bankın 2023-cü il sonu inflyasiya hesabatı 22,3 faiz; 2023-cü il üçün proqnozunu 8,8 faiz səviyyəsində saxladı. Belə ki, ilin ikinci hesabatında inflyasiya proqnozlarına yenidən baxılmayıb. Kavcıoğlu, "İnflyasiya proqnozlarımızı dəyişmədik və 2023-cü il sonu proqnozumuzu yüzdə 22,3, 2024-cü il sonu proqnozumuzu isə yüzdə 8,8 səviyyəsində saxladıq" deyib.

Kommersant.az xəbər verir ki, Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu inflyasiya proqnozlarını 2023-cü ilin sonu üçün 22,3 faiz, 2024-cü ilin sonu üçün isə 8,8 faiz səviyyəsində saxladıqlarını açıqlayıb.

Ankarada ilin ikinci İnflyasiya Hesabatının təqdimatını edən Kavcıoğlu, inflyasiyanın yavaşlamasında "valyuta məzənnəsinin sabitliyi, gözləntilərin yaxşılaşması və əmtəə qiymətlərindəki azalmanın" təsirli olduğunu bildirib.

Açıqlamaya görə, bank 2023-cü ilin sonuna ərzaq inflyasiyası proqnozunu 22 faizdən 27,9 faizə yüksəldib.

2023-cü il üçün orta xam neftin qiyməti 80,8 dollardan 78,1 dollara enib.

Proqnozlar müəyyən edilərkən enerji qiymətlərindəki azalmanın nəzərə alındığını ifadə edən Kavcıoğlu, ilin qalan hissəsində yerli ərzaq qiymətlərinin xarici qiymətlərlə daha uyğun bir seyir izləyəcəyi gözləntilərini də əks etdirdiklərini ifadə etdi.

  • Əvvəlki

    "Hamısını qohumlar anlayışına yığmısız" - Vahid Əhmədov

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0