USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC+ ölkələri iyunda əyani görüş keçirməyi planlaşdırır

04.05.2023 İqtisadiyyat
12 4
OPEC+ ölkələrinin nazirlərinin iyunun 4-nə təyin edilmiş görüşünün əyani formatda keçirilməsi planlaşdırılır.

Kommersant.az-ın məlumatına görə, TASS bu barədə nümayəndə heyətlərindəki iki mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, nazirlərin əvvəlki görüşü 2022-ci ilin dekabrında viodekonfrans formatında keçirilmişdi.

2022-ci ilin oktyabrında OPEC+ ölkələri Vyanada keçirilən əyani görüşdə 2022-ci ilin noyabrından 2023-cü ilin sonunadək hasilatı gündəlik 2 milyon barelədək azaltmaq barədə razılığa gəlib, həmçinin sazişin müddətini 2023-cü ilin sonunadək uzadıblar. Neft hasilatının azaldılmasının hesablanması üçün OPEC+ sazişi çərçivəsində 2022-ci ilin avqustuna olan kvota əsas götürülüb. OPEC+ monitorinq komitəsi aprelin 3-də keçirilən görüşdə 2022-ci ilin oktyabrında keçirilən görüşdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.

  • Əvvəlki

    "Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayırıq" — Baydenin müşaviri

Digər xəbərlər