USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple-ın satışları gözləntiləri üstələdi

05.05.2023 İqtisadiyyat
6 6
ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın əldə etdiyi gəlirin yanvar-mart dövründə illik 3 faiz azalaraq 94,8 milyard dollara çatıb.

Kommersant.az xəbər verir ki, Apple yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb. Apple tərəfindən edilən açıqlamaya görə, ikinci rüb olaraq qəbul edilən və aprelin 1-də başa çatan rüblük balans hesabatında şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 3 azalaraq 94,8 milyard dollar olub. Ötən ilin eyni dövründə şirkət 97,3 milyard dollar gəlir əldə edib.

Qeyd edilən azalmaya baxmayaraq, bazar gözləntilərini üstələyən şirkətin gəlirinin bu dövrdə 92,9 milyard dollar olacağı gözlənilirdi.

Xatırladaq ki, ötən ilin eyni dövründə 25 milyard dollar olan Apple-ın xalis mənfəəti 3,4 faiz azalaraq 24,2 milyard dollar olub. Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində dəyişməyərək 1,52 dollar səviyyəsində qalıb.