USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Təkcə Mərkəzi Bankın fəaliyyəti nəticəsində qiymət artımının qarşısını almaq mümükün deyil” - Ekspert

05.05.2023 İqtisadiyyat
16 15
“Pul bazasının artması iqtisadi artım olmayan şəraitdə inflyasiyaya, yəni qiymət artımına aparır”.

Bu sözləri Kommersant.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov ölkədəki pul bazasının artması haqqında danışarkən deyib.

Ekspert qeyd edib ki, məhz buna görə də Mərkəzi Bank ardıcıl olaraq uçot dərəcəsini artırır: “Mərkəzi Bank uçot dərəcəsini artırır ki, kredit aktivliyi azalsın. Kredit baha olsun ki, qiymət artımının qarşısı alınsın, pulun həcmi azalsın”.

Əkrəm Həsənov qeyd edib ki, ilin əvvəlində Mərkəzi Bank məcburi ehtiyyat normasını 1 fazi artırıb:

“Qeyd edim ki, məcburi ehtiyat forması bankların topladığı depozit və əmanətlərin müəyyən hissəsinin Mərkəzi Bankda saxlanılmasıdır. Bir növ Mərkəzi Bank inzibati qaydada bankların pul likvilidliyin bir hissəsini əlindən alır ki, bu da qiymət artımın qarşısını alır”.

Həmsöhbətimiz onu da bildirib ki, lakin təkcə Mərkəzi Bankın fəaliyyəti nəticəsində qiymət artımının qarşısını almaq mümükün deyil, çünki bazarda qiymət artımına təsir edən başqa amillərdə var: “Beynəlxalq bazarlardakı vəziyyət, xaricdən gələn məhsulların qiyməti, o cümlədən dövlətin vergi, gömrük siyasəti və s. Bundan əlavə Burada tariflər məsələsi də var. Əgər Tarif Şurası tarifləri artırırsa, qiymətlər də artmalıdır. Bütün sadaladığım amillər təbii ki, qiymət artımına təsir edəcək və qiymətlər get-gedə bahalaşacaq”.

Qeyd edək ki, 2023-cü ilin mayın 1-nə Azərbaycanda pul bazası 17 milyard 609,9 milyon manat təşkil edib. Bu isə ölkədə pul bazasının keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz artdığı deməkdir.