USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlətin taksi xidmətini nəzarətə götürməsi mümkün deyil - Ekspert

05.05.2023 İqtisadiyyat
17 2
"Ölkəmizdə taksi xidmətinə dövlət nəzarət edir. Bakı şəhərində əvvəl bunu Bakı Nəqliyyat Agentliyi, Azərbaycan üzrə isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həyata keçirilirdi. Bundan sonra taksi fəaliyyətini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tənzimləyəcək".

Bu fikirləri Demokrat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, dövlətin taksi xidmətini nəzarətə götürməsi, yaxud vahid bir taksi şirkətinin yaradılması mümkün deyil:

"Onsuz da indi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan dövlətin taksi şirkətləri var. Bilirsiniz ki, qırımızı rəngdə elektromobillər var və onlar da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir.

Eyni zamanda, özəl sektorda rahatlıqla taksi sahəsində çalışan vətəndaşlarımız var. Yəni, üç istiqamətdə bu gün taksi fəaliyyəti həyata keçirilir.

Birincisi, özünün ştat işçiləri olan, qarajı olan, avtomobilləri olan taksi şirkətləri, ikincisi, operator taksi şirkətləri və bununla fərdi qaydada məşğul olanlar".