USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərenerji” yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb

12.07.2018 İqtisadiyyat
0 1
Enerji sisteminin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür.

ASC-dən "Kommersant"a verilən məlumata görə, iyulun 12-də saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 kilometr məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi, eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 kilometr məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, “Azərbaycan” İES və Mingəçevir SES-i Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli 220 kilovoltluq Qəbələ, 220 kilovoltluq Ağsu və 330 kilovoltluq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısılmaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
Digər 500 kilovoltluq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayrılıb.

Yüksəkgərginlikli 220-500 kilovoltluq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izolyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izolyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümkünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır.
Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün “Azərenerji” ASC tərəfindən lazımi tədbirlər görülür.

  • Əvvəlki

    Sabah qazın verilişində fasilə yaranacaq

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0