USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin valyuta ehtiyatları yüksəlir

08.05.2023 İqtisadiyyat
12 0
Kapital axınının azalması ilə Çinin valyuta ehtiyatları ardıcıl ikinci aydır ki, artıb.

Kommersant.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) açıqladığı məlumatlara görə, aprel ayında valyuta ehtiyatları 20,89 milyard dollar artaraq 3 trilyon 205 milyard dollar olub. Bazar gözləntisi, əvvəlki ayda 3 trilyon 184 milyard dollar olan ehtiyatların 3,2 trilyon dollara yüksələcəyi idi.

Həmin ayda Çinin qızıl ehtiyatlarında artım olub. Əvvəlki ayda 66,50 milyon unsiya olan ehtiyat məbləği keçən ay 66,76 milyon unsiyaya yüksəldi. Qızıl ehtiyatlarının pul dəyəri 131,65 milyard dollardan 132,35 milyard dollara yüksəlib.

Xatırladaq ki, Çin dünyada ən çox ehtiyata malik ölkədir.