USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz”: Bu il 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib

12.07.2018 İqtisadiyyat
0 0
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu il 32 yaşayış məntəqəsinə təbii qaz verilib.


İB-dən "Kommersant"a verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İB tərəfindən bu ilin yanvar-iyun ayları ərzində 1 520 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 114 kilometr qaz kəməri əsaslı təmir olunub.

İl ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 32 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

  • Əvvəlki

    Nəhəng şirkətdə şok hadisə - "APPLE"nin məlumatları oğurlandı

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0