USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən araşdırılmalıdır - Vüqar Bayramov

08.05.2023 İqtisadiyyat
36 8
"Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən daha sistemli, daha yaxından araşdırılmalı, xüsusi ilə də maliyyə mənbələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi olduqca vacibdir”.

Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Vüqar Bayramov İranın dövlət bankı "Bank Melli İran”nın Bakı filialı haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, Mərkəzi Bank tərəfindən kommersiya banklarına nəzarət var:

“Ona görə də xarici bankların fəaliyyəti və gəlir əldə etmə mənbələrinə xüsusi nəzarətin həyata keçirilməsi çox vacibdir”.

Vüqar Bayramov əlavə edib ki, nəzərə alsaq ki, İran Ermənistanla sıx əlaqələr quran və xüsusi ilə son dövrlər Azərbaycana qarşı təhdidlərdən istifadə edən ölkədir:

“Azərbaycanın Tehranda səfirliyindəki terror hadisəsi də göstərir ki, İranıın Azərbaycana təhdidləri Azərbaycan vətəndaşlarına qarşı terror səviyyəsində belə davam etdirildi. Ona görə də "Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən daha sistemli, daha yaxından araşdırılmalıdır.”

  • Əvvəlki

    Bunu edənlər 50 AZN cərimələnəcək - VİDEO

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0