USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda büdcəyə gəlirlərin yeganə mənbəyi neft fondudur - Natiq Cəfərli

08.05.2023 İqtisadiyyat
15 4
“Azərbaycanda büdcəyə gəlirlərin yeganə mənbəyi var, o da neft fondudur və neft qiymətərinə görə artan gəlirlərdi”.

Kommersant.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli Maliyyə naziri Samir Şərifovun açıqlamasını şərh edərəkən deyib.

Ekspert qeyd edib ki, keçən ilin dekabrında dövlət büdcəsi qəbul olunarkən hökumət tərfindən konservativ yanaşma oldu, neftin qiyməti çox aşağı götürüldü:

“Uzun illərdir də bu yanaşma davam edir. Qiymətləri aşağı götürülür, yeni ildə qiymətlərin hansı istiqamətdə dəyişəcəyini görəndən sonra əlavə və dəyişikliklər olur”.

Natiq Cəfərli bildirib ki, indi də büdcəyə gələn gəlirlərin yeganə mənbəyi neft gəlirləridir:
“ Çünki neftin qiyməti büdcədə 50 dollardan götürülmüşdü. İlin ilk beş ayında Azərbaycan neftinin qiyməti 5-90 dollar civarında dəyişdii. Düzdür, son zamanlar 76-77 dollara düşüb, ilk yarım il üzrə ortalama götürsək, 6 ayıın sonunda 85-90 dollar civarında bir qiymət görəcəyik. Bu da neft fonduna, icmal büdcəyə əlavə gəlirlər gətirib”.

Həmsöhbətimiz əlavə olaraq bildirib ki, çox güman ki, burada mənbə olaraq artan neft gəlirlərinin transferi nəzərədə tutulacaq:
“Həmin neft gəlirlərinin büdcəyə transferi hesabına yaranacaq xərc büdcəsini artırsa, işğaldan azad olunan torpaqlara və müdafiə xərclərinə də əlavə vəsaitlərin artırılması da nəzərdə tutulur. Bu bir tək təmir tikinti işləri ilə yekunlaşmır. İşğaldan azad olunmuş ərazilərimizdə 127 km İranla sərhəd xəttimiz, 410 km Ermənistanla yeni sərhəd xətti yaranıb. Bütün bunlarla bağlı məsələlərin də həll olunması əlavə xərclər, əlavə vəsait tələb edir”.

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov bildirib ki, 2023-cü ilin dövlət büdcəsinə neftin qiymətində dəyişikliklər ola bilər.
2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardır

  • Əvvəlki

    "Bank Melli İran”ın fəaliyyəti Mərkəzi Bank tərəfindən araşdırılmalıdır - Vüqar Bayramov

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0