USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti yüksəlir

08.05.2023 İqtisadiyyat
18 5
Keçən həftə Brent neftinin barrel qiyməti təxminən 5 faiz, WTI xam nefti isə yüzdə 7 faiz ucuzlaşıb. ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar azaldıqca neft qiymətləri dəyər qazanmağa meyl edib.

Kommersant.az xəbər verir ki, keçən həftə təxminən 3 ayın ən aşağı səviyyələrinə enən neft qiymətləri yeni həftənin ilk ticarət günündə yüksəliş trendi ilə hərəkət edir. Qiymətlərin qalxmasına səbəb ABŞ-da cümə günü açıqlanan əmək bazarı məlumatlarının tənəzzüllə bağlı narahatlıqları azaltması olub. Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 1,67 faiz artaraq 76,55 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) xam neftinin bir bareli 71,91 dollardan alıcı tapıb.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 75,87-75,94 dollar diapazonu müqavimət kimi, 75,70-75,60 dollar diapazonu isə dəstək kimi izlənilə bilər.

  • Əvvəlki

    Azərbaycanda büdcəyə gəlirlərin yeganə mənbəyi neft fondudur - Natiq Cəfərli

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0