“Bu prezidentliyə namizəd bir şəxsin populist çıxışlarından başqa bir şey deyil”.
Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov Türkiyədə prezidentliyə namizəd CHP rəhbəri Kamal Kılıçdaroğlunun seçki kompaniyası zamanı təqdim etdiyi Türkiyə ilə Çini birləşdirəcək “Türk Yolu” layihəsi haqqında danışarkən deyib.
Hakimiyyətdən kənarda olan şəxsin neçə illər ərzində regionda həyata keçirilən böyük layihələri (Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbiliis -Qars dəmir yolu, Cənub Qaz layihəsi, TANAP, TAP və s) qoyub, digər bir layihədən danışması doğru deyil:
“Doğrudur, indi mücərrəd görsənsə də, gələcəkdə TransXəzər layihəsi ilə Türkmənistan qazının Azərbaycanın yaratdığı nəqliyyat-komunikasiya imkanlarından istifadə etməklə Avropaya daşınma imkanlarını nəzərdən keçirilməsi, faktiki olaraq Qazaxıstan neftinin Bakı-Ceyhanla Avropaya çatdırılması da nəzərdə tutulub.
Bütün bunların sonunda kimsə dövlət başçısı olmaq istəyini reallaşdırmaq üçün bütün bu real layihələrdən kənar, hansısa qeyri real layihələr barədə çıxış edirsə, bunu ancaq populizm adlandırmaq olar. Mən Kılıçdaroğlunun böyük siyasətçi olduğuna onun təcrübəsinə, onun prezident olma isətəyinə və s. mənfi prizmadan yanaşmıram. Lakin yaxşı olardı ki, bütün bu Türkiyə və Azərbaycan əməkdaşlığı, iş birliyi ilə olan real layihələri qoyub, hansısa bir real olmayan layihələr barədə danışmaq, bunu “Türk Yolu”başlığı ilə təqdim etmək ancaq populizimdi.
Sizə bir faktı deyim. Azərbaycan Respublikasınınn Prezidenti İlham Əliyev bir neçə dəfə Çin rəhbəri ilə görüşüb. Bu görüşlər zamanı Çin rəhbəri bizi dəstəklədiyini, “Böyük İpək Yolunun Azərbaycandan keçməsini, Azərbaycanın yaratdığı nəqliyyat infrastruktuurunun keçmiş tarixi İpək Yolunun gerçəkləşməsində mühüm rol oynadığını dilə gətirməsi əlavə hansısa mücərrəd layihələr barədə söhbət açıla bilməz”.
Pərviz Heydərov qeyd edib ki, indi başqa reallıqlar da var:
“Artıq heç kim başqa kənar layihəyə pul da xərcləmək istəmir. Hətta sadaladığımız bir çox layihənin maliyyə ağırlığını biz çəkmişik. İndi bizdən qaz istəyən ölkələrin bir çoxu bu layihələr hələ ideya olarkən bizi dəstəkləmirdi. Çünki o vaxt Rusiya-Ukrayna müharibəsi yox idi, Avropa Rusiya qazından geninə-boluna istifadə edirdi. Onda Avropa heç ağlına da gətirmirdi ki, bir vaxt Avropa qazından bu qədər asılı olacaq. İndi hamı Azərbaycandan qaz istəyir. Hətta bizim qazımızın çox hissəsi də Türkiyəyə də gedir. Burada məsələlər çoxdur. Bütün bunların fonunda bu layihənin gerçək olacağı heç də ağlabatan deyil”.