USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Microsoft bu il işçilərin maaşlarını artırmayacaq

11.05.2023 İqtisadiyyat
16 9
ABŞ-ın texnoloji şirkəti Microsoft-un bu il tam ştatlı işçilərinin maaşlarını artırmayacağı bildirilir.

Kommersant.az xəbər verir ki, Microsoft-un baş icraçı direktoru (CEO) Satya Nadella məsələ ilə bağlı şirkət işçilərinə elektron məktub göndərib.

Söz mövzusu e-poçtda Nadella, şirkətin süni intellektin yeni dövründə böyük bir platforma dəyişikliyinə rəhbərlik etməyə kömək etdiyini və bunu qlobal makroiqtisadi qeyri-müəyyənliklərlə üzləşərkən dinamik və rəqabət mühitində etdiklərini söylədi.

Bazar şərtləri və şirkətin fəaliyyətinə əsaslanaraq keçən ilki maaş artımlarını xatırladan Nadella, bu il iqtisadi şərtlərin müştəri tələbi, əmək bazarı və növbəti innovasiya dövrü üçün lazım olan investisiyalar da daxil olmaqla bir çox ölçüdə çox fərqli olduğunu qeyd edib.

  • Əvvəlki

    Amerikalılar iqtisadiyyatın rəhbərlərinə etibar etmir

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0