Azərbaycanda yaxın illərdə peyklərin istehsalı planlaşdırılır.
Kommersant.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
“Ölkədə kifayət qədər ixtisaslaşmış kadrlar var. Həmin kadrlar artıq 10 ilə yaxındır ki, öz təcrübələrini genişləndirirlər. Həmin şəxslərin təcrübələrindən istifadə etməklə Azərbaycanda yaxın illərdə peyklərin istehsalına başlanıla bilər”,- deyə o vurğulayıb.