Qızıl Meydanda dronla çəkiliş edən türk azarkeş göz altına alındı.
"Kommersant" xarici mətbuata istinadən xəbər verir ki, FIFA 2018 Dünya Çempionatı üçün Rusiyaya gedən bir türk azarkeş, paytaxt Moskvadaki Qızıl Meydanda dron ilə çəkiliş etdiyi üçün göz altına alınıb. Daha sonra o sərbəst buraxılıb.
Qızıl Meydanda dronla çəkiliş edən 1984 təvəllüdlü türk tərəfdarın dronu isə müvəqqəti olaraq müsadirə edilib.
Xəbərdə bildirilir ki, saxlanılan şəxs 5 min rubl məbləğində cərimələnə bilər.