Goldman Sachs iqtisadçıları Türkiyədə seçkilərin nəticələrindən sonra bazarda türk lirəsinin kəskin ucuzlaşmasının və TCMB-nin ehtiyatlarının azalmasının valyuta dəyişkənliyi riskini artırdığını bildirib.
Kommersant.az xəbər verir ki, Goldman Sachs iqtisadçıları Türkiyədəki seçkilərdən sonra bazarın türk lirəsində kəskin ucuzlaşdığını açıqlayıb. 10 may tarixli hesabatda seçkilərin makroiqtisadi dalğalanmaların artdığı bir mühitdə keçirildiyi vurğulanıb.
Hesabatda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ehtiyatlarının kəskin azalmasının məzənnə dəyişkənliyi riskini artırdığına diqqət çəkilib. Bundan əlavə, iqtisadiyyat rəhbərliyinin məzənnəni nisbətən sabit saxlamasına baxmayaraq, inflyasiyanın 40 faizə yaxın olduğu bildirilib.
Goldman Sachs iqtisadçıları TCMB-nin azalan ehtiyatlarının təsirini də müzakirə ediblər. Hesabatda TCMB-nin ehtiyatlarının kəskin şəkildə azaldığı və bunun valyuta məzənnələrində dalğalanma riskini artırdığı bildirilib.