USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzər dənizi ilə Azərbaycana qanunsuz yolla yük gətirilməsi cəhdinin qarşısı alınıb

12.07.2018 İqtisadiyyat
0 0
Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn "NILOUFAR ABI" adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98 min 120 kiloqram ağ sement və 24 min 500 kiloqram polietilen yükləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

  • Əvvəlki

    Azərbaycanda qızıl və gümüş ucuzlaşır

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0