USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər gün iş vəd edən yalançı elanlar – Onlar vətəndaşı necə aldadır? - ŞƏRH

12.05.2023 İqtisadiyyat
8 17
Bu gün vətəndaşlar müxtəlif sosial şəbəkələrdə işədüzəltmə adı altında fəaliyyət göstərən şəxslər tərəfindən aldadılır. Onlar insanlara müxtəlif iş vədləri edərək, onları inandırmağa çalışır, bunun üçün də xidmət müqabilində müəyyən zəhmət haqqı tələb edirlər. Bu haqlar isə işə və qarşıdakı şəxsə görə dəyişir. Xüsusilə bu cür fırıldaqçılıqla məşğul olan şəxslər “Whatsapp” vasitəsi ilə onlarla əlaqə qurur və inandırmağa çalışırlar. Lakin bunlara inanan vətəndaşlar çox vaxt onlara müəyyən məbləğ verəndən sonra aldadıldıqlarının fərqində olurlar və bu zaman gec olur.

Kommersant.az məsələni Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla müzakirə edib.

Eyyub Hüseynov bildirib ki, bu çox geniş yayılmış bir problemdir. Hətta Azad İstehlakçılar Birlliyinin dərc etdiyi kitabları da Whatsappdan qoyaraq bildirirlər ki, bizlə əlaqələri var:

“Çox təəssüflər olsun ki, əhalinin bu cür aldadılması ölkədə çox ciddi problemlərdən biridir. Bu hal o qədər çoxalıb ki, bunun öhdəsindən hüquq mühafizə orqanları da gələ bilmir”.

Vətəndaşlar bu şəxslərin toruna düşməmək üçün nə etməlidir sualına cavab verən birlik sədri qeyd edib ki, onlar həmin pul verərkən ilk olaraq kassa çekinin verilməsini tələb etməlidirlər.

“Vətəndaşlar bu şəxslərə onlayn pul ödəmək haqqında heç düşünməsinlər. Bu səhvdir. Ümumiyyətlə əhali bu cür elanlarla işə qəbula qətiyyən inanmasın. Əgər onlarla əmək müqaviləsi bağlanar və bu müqavilə portala otuzdurularsa, bundan sonra onlara nəsə ödəniş etmək olar. Belə hallarda polisə də mütləq müraciət etmək lazımdır”.

Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, burada fərqli situasiyalar var:

“Əgər heç bir rəsmi sənəd olmadan işə düzəldəcəyəm deyib pul alırlarsa, bu artıq dələduzluqdu və vətəndaş polisə şikayət etməlidir. Yox , əgər vətəndaşla rəsmi müqavilə bağlayıblarsa, bu zaman müqavilə şərtlərinə baxmaq lazımdı. İşə götürən müqavilədə iş alınmasa, məsuliyyətinin olmadığını bildirəm müddəa əlavə etsə, müqaviləyə, bu zaman məsələ çətinləşir. Çünki o, həmin şəxsə xidmət göstərdiyini deyə bilər”.

Hüquqşünas deyir ki, buna görə də vətəndaşlar onlara iş təklif edəndə birinci həmin şəxs haqqında məlumatlı olmalıdır. İkincisi onlarla müqavilə bağlamağı tələb etməlidir. Və müqavilə şərtlərinə baxmalıdırlar. Bu şərtlər isə konkret olmalıdır:

“Ümumən isə bu məsələlərə görə əvvəldən pul verilməməlidir. Vətəndaş üzərinə öhdəliyi işə düzəltmədən sonra götürməlidir”.

  • Əvvəlki

    Bu şəxslərə hərbi xidmətə çağırışla bağlı güzəştlər verilməsi təklif olundu

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0