USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birjalarda 'seçki' nəticələrinə ilkin reaksiya

15.05.2023 İqtisadiyyat
26 5
Tarixi seçkilərdə səslərin sayılması davam edərkən, valyuta bazarlarının günə necə başlayacağı maraq doğurur. Türkiyə bazarlarının bağlandığı saatda Dollar/TL-də ilk kotirovkalar 19,65 TL-ni keçib.

Kommersant.az xəbər verir ki, Türkiyədə prezident və 28-ci Dövr parlament seçkiləri üçün səslərin hesablanması davam edir. Axşam saat 22-dən sonra gələn məlumatlar “seçkilərin birinci turda bitəcəyi” ilə bağlı aydın mənzərə yaratmır.

Bazarlara qayıtdığımız zaman Borsa İstanbul seçkidən əvvəlki son əməliyyat gününü 1,08% dəyər itirərək 4795 balla bağlamışdı. Borsa İstanbul ötən həftə yüzdə 9 dəyər qazanarkən, dəyişkən kursu ilə diqqət çəkən bank indeksi yüzdə 26 yüksəlib.

Ötən həftə son əməliyyatlarda Dollar/TL 19.5640 səviyyəsindəykən Avro/TL də 21,2405 səviyyəsində olub. Banklararası bazarda, sərbəst bazarda və banklar tərəfindən satılan valyuta məzənnələrindəki qiymətlərə nəzər salsaq, cümə günü dollar/TL fərqi 2,27 TL-yə çatıb.

Türkiyə bazarları üçün əhəmiyyətli olan qram qızıl həftəni 1264 lirə ilə başa vurub.