Kredit reytinq agentliyi Fitch Türkiyədə ikinci tura çıxan seçkilərlə əlaqədar siyasi qeyri-müəyyənliyin ayın sonuna qədər davam edəcəyini açıqlayıb.
Kommersant.az xəbər verir ki, Türkiyədə böyüməni dəstəkləyən qeyri-ənənəvi siyasətlər səbəbiylə tədiyyə balansı sahəsində təzyiqlərin artdığını bildirən təşkilat, Türkiyədə siyasi və iqtisadi qeyri-müəyyənliyin ən azı ay sonuna qədər davam edəcəyinə diqqət çəkib.
Fitch-in yaydığı notada seçkilərdən sonra həyata keçiriləcək iqtisadi siyasətlərə əməl ediləcəyi bildirilib.
Notada seçkilərdən sonra qurulacaq hökumətin təxirə salınmış valyuta tələbi, lirəyə təzyiq, böyük büdcə kəsiri, beynəlxalq ehtiyatların azalması və yüksək inflyasiya kimi problemlərlə üzləşəcəyi söylənib.
Qeyddə, pul və fiskal siyasətin birləşməsinin kredit reytinqi baxımından daha nüfuzlu və ardıcıl olub-olmamasının araşdırılacağı və bunun nə qədər etimadı təmin etdiyi, makro riskləri nə qədər azaltdığına nəzarət ediləcəyi bildirilib.