USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz daha çox zərurətdən bağlanmışıq" - Rusiya Mərkəzi Bankı

16.05.2023 İqtisadiyyat
37 0
Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina sanksiyalara görə Rusiya maliyyə sektorunun daha da qapalı olduğunu qeyd edərək, “Lakin indiki şəraitdə Rusiya maliyyə sektorunun qlobal bazarlarla əlaqəsini saxlamalıyıq. Həm dost, həm də dost olmayan ölkələrdən sərmayədarları cəlb etmək üçün mümkün qədər çox çalışmalıyıq” deyib.

Kommersant.az xəbər verir ki, Nabiullina, paytaxt Moskvada keçirilən "Rusiya Birjası" tədbirində etdiyi çıxışda Rusiyanın Qərb ölkələrində dondurulmuş varlıqları ilə bağlı müxtəlif ssenariləri qiymətləndirdiklərini söyləyib.

Aktivləri dondurulan bəzi Rusiya şirkətləri üçün müxtəlif tədbirlər həyata keçirdiklərini qeyd edən Nabiullina, "Lakin dondurulmuş aktivlərin (Rusiyada dondurulmuş aktivlərlə) mübadilə edilməsi siyasi məsələdir və bütün tərəflərin razılığı tələb olunur" dedi.

Nabiullina həmçinin bildirib ki, Rusiya şirkətləri dondurulmuş aktivlərin təxminən 3 trilyon rublunu (təxminən 37,5 milyard dollar) geri ala biliblər.

  • Əvvəlki

    Bu qaranlıq tuneldən çıxdıq - Kılıçdaroğlu

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0