USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankı daha bir BOKT-un lisenziyasını ləğv etdi

18.05.2023 İqtisadiyyat
11 13
Azərbaycan Mərkəzi Bankı daha bir bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilən “Union Kredit” BOKT ASC-dir.

“Union Kredit” ASC 2011-ci ilin martında təsis edilmişi və həmin ilin oktyabrında lisenziya (BKT-7) almışdı.

“Union Kredit” 2021-ci ili 115 min 571 manat zərərlə başa vurmuş və öhdəlikləri 26.2% artaraq 279 min manata çatıb, balans kapitalı isə mənfi, yəni kəsr 205 516 manat olmuşdu.