ABŞ-dan İngiltərəyə "Brexit" ilə bağlı xəbərdarlıq olunub.
"Kommersant" xəbər verir ki, Donald Trump Tereza Meyə xəbərdarlıq edərək bildirib ki, əgər İngiltərə AB-dən çıxarsa, bu, Vaşinqton və London arasındakı ortaqlıqlara mənfi təsir edəcək.
Qeyd edək ki, ötən həftə Böyük Britaniya, yaxında Avropa Birliyi ilə gələcək münasibətlərə dair "Ağ Kitab" adlı nəşr çıxaracağını ictimaiyyətə bildirmişdi. ABŞ prezidenti isə bu fikrə münasibətdə, Böyük Britaniyanın belə addım atacağı halda ABŞ-ın AB ilə əməkdaşlıq qurub İngiltərədən uzaqlaşacağını açıqlamışdı.