USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni tikilən binalarda idaəretmə kimin əlində olmalıdır: Sakinlərin, yoxsa MTK-ların?

19.05.2023 İqtisadiyyat
53 19
“Qanunvericilikdə imkan və icazə var ki, yeni tikili binaların sakinləri yerli özünüidarəetmə qanunlarına əməl edərək MMTK yaratsınlar, idarəetməni özləri həyata keçirsinlər”.

Kommersant.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli yeni tikilən binalarda idarəetmənin həmin binaları tikən MTK-larda olması səbəblərindən danışarkən deyib. Natiq Cəfərli bildirib ki, sakinlər burada idarəetməni tamamilə öz üzərlərinə götürürlər, seçki yolu ilə idarəedici seçir, mühasib təyin edirlər:

“Ayda bir dəfə idarəedici şəxs və mühasib yığılan vəsaitlə bağlı hesabat verir. Bu hesabat hətta onlayn qaydada bina sakinlərinin emailinə və ya telefonuna gedir. Belə bir praktika var artıq və qanun da buna icazə verir”.

İqtisadçı hətta belə presedentin olduğunu da deyib:

“Məsələn, mən bilirəm ki, bununla bağlı deputat Erkin Qədirliyə də müraciət olunmuşdu. Onun sorğusu əsasında qeydiyyatdan keçən belə çox mərtəbəli binalar var ki, idarəetməni vətəndaşlar tamamilə öz üzərlərinə götürüb”.

Natiq Cəfərli onu da vurğulayıb ki, icmaların idarə olunması təcrübəsi, belə bir presedentin yaranması çox yaxşı haldır:

“Bu həm icma, həm seçki mədəniyyəti, məsuliyyət, hesabatlılıq yaradır”.

İqtisadçı düşünür ki, bu yolla da orada olan problemi həll etmək mümkündür:

“Yəni, indi tikinti şirkətlərinin özləri deyil, sakinlərin özləri idarə edə bilər. Qanun buna tam icazə verir".

"Tikinti şirkətlərinin hazırda yeni tikilən binalardakı idarəetməni öz əllərinə alması qanunla doğrudurmu?” sualına da cavab verən Natiq Cəfərli bildirib ki, tikinti şirkətlərinin hazırdakı idarəetməsinə qanunsuz demək olmaz, sadəcə onlar da qanunlarda olan boşluqlardan istifadə edirlər:

“Vətəndaşlar özlərini kənarda tutursa, onlar da bunu bəhanə gətirirlər ki, vətəndaşlar özləri təşəbbüs göstərmir, ona görə də biz bu yolla binanın idarəetməsini öz əlimizdə saxlayırıq. Vətəndaşlar təşəbbüs göstərsələr, MTK-ların bu idarəetməni zorla öz əllərində saxlamağa ixtiyarları yoxdur”.

  • Əvvəlki

    G7 liderlərindən ortaq açıqlama

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0