USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Twitter Microsoft-u günahlandırır

19.05.2023 İqtisadiyyat
40 6
Twitter sosial media platforması Microsoft-u onun məlumatlarından icazəsiz istifadə etməkdə ittiham edib.

Kommersant.az xəbər verir ki, Twitter sahibi İlon Maskın vəkili Aleks Spiro məktubu Microsoft rəsmilərinə göndərərək, Microsoft-un Twitter-in verilənlər bazasından məlumat çıxararaq etdiyi pozuntuları izah edib.

Microsoft-un baş direktoru Satya Nadella və şirkətin idarə heyətinə ünvanladığı məktubda, Microsoft-un Twitter ilə razılaşmasının həddindən artıq və ya sui-istifadəni qadağan etdiyini bildirən Spiro, bu məhdudiyyətlərə baxmayaraq, Microsoft-un təkcə 2022-ci ildə 26 milyarddan çox Twitter paylaşımından icazəsiz istifadə etdiyini iddia edib.

Spiro bildirib ki, Microsoft Twitter-i məlumatlardan istifadə məqsədi barədə məlumatlandırmalı olsa da, verilənlər bazasından məlumat alan 8 tətbiq proqramlaşdırma interfeysindən (API) 6-da bunu etmir.

Microsoft, Twitter-in API-ləri üçün ödəniş etməkdən imtina edir

Aprel ayı etibarilə Microsoft-un Twitter API-dən istifadə edən ən azı beş məhsulu olduğunu ifadə edən Spiro, "Microsoft, Twitter-in API-lərinə və məzmununa davamlı giriş üçün ödəniş etməkdən imtina etdi" ifadəsini işlətdi.

Microsoft sözçüsü Frank Shaw, Microsoft-un məktubda olan sualları nəzərdən keçirəcəyini və sonra müvafiq cavab verəcəyini bildirib.

  • Əvvəlki

    Yeni tikilən binalarda idaəretmə kimin əlində olmalıdır: Sakinlərin, yoxsa MTK-ların?

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0