Rusiyaya qarşı artıq qüvvədə olan məhdudiyyətlərdən yan keçməyə qarşı mübarizə çərçivəsində Aİ Rusiya Federasiyasına qarşı 11-ci sanksiyalar paketinə dünyanın müxtəlif ölkələrindən 90-dan çox şirkəti daxil etməyi planlaşdırır. Bunu ZDF televiziya şirkətinə müsahibəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
Kommersant.az xəbər verir ki, AK rəhbəri vurğulayıb ki, Avropa İttifaqı sanksiyalardan yayınmağa son qoymağa ciddi yanaşır. Buna görə də, yeni sanksiyalar paketinə 90-dan çox şirkət daxil olacaq ki, bunlarla bağlı AK-nin açıq-aydın sübutları var: onlar ixracı qadağan olunan malları üçüncü ölkələri keçməklə birbaşa Avropa İttifaqından Rusiyaya tədarük edir.
İnterfaks xəbər verir ki, fon der Leyen qeyd edib ki, siyahıya Çində yerləşən səkkiz şirkət daxil ediləcək.
Daha əvvəl Financial Times yazıb ki, Brüssel ilk dəfə olaraq Rusiyaya silahda istifadə oluna bilən malların satışı ilə bağlı Çindən olan 7 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq etməyi təklif edib.