Mərkəzi Bankın Pul Siyasəti Komitəsi faiz dərəcəsi ilə bağlı qərarını cümə axşamı açıqlayacaq. Əvvəlki iclasda bank uçot dərəcəsini 8,5 faiz səviyyəsində sabit saxlamışdı. İqtisadçılar Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gələn həftə keçiriləcək iclasında uçot dərəcəsini dəyişməyəcəyini gözləyir.
Kommersant.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi cümə axşamı Mərkəzi Bankın sədri Şahap Kavcıoğlunun sədrliyi ilə toplanacaq.
Faiz qərarı həmin gün saat 14:00-da açıqlanacaq. Xatırladaq ki, əvvəlki iclasda bank uçot dərəcəsini 8,5 faiz səviyyəsində sabit saxlamışdı.
PPK Gözləmə Anketi yekunlaşdı
İqtisadçılar Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gələn həftə keçiriləcək iclasında uçot dərəcəsini dəyişməyəcəyini gözləyir.
Sorğunun nəticələrinə görə, bütün iqtisadçılar siyasət faizinin 8,50 faiz səviyyəsində sabit qalacağını düşünür.