“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta Platforms” istifadəçi məlumatlarını ABŞ-a sızdırdığına görə Avropa Birliyi səlahiyyətliləri tərəfindən rekord məbləğdə 1,3 milyard dollar cərimələnib.
Kommersant.az xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası məlumat ötürülməsi pozuntularına görə Facebook sahibi Meta-nı 1,3 milyard dollar cərimələyib.
Qərar ABŞ hökumətini Meta və minlərlə transmilli şirkətlər üzərində nəzarəti artırmağa vadar edə bilər.
Bağlamaqla hədələdilər
XAtırladaq ki, Facebook keçən il ABŞ serverlərində Aİ məlumatlarını emal edə bilməyəcəyi təqdirdə Avropada Facebook və Instagram-ı bağlamaqla hədələmişdi.