USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraqda neft hasilatı azalıb

22.05.2023 İqtisadiyyat
31 7
Kərkük Ceyhan boru kəmərindən neft hələ də çatdırılmasa da, İraq Kürd Regional Administrasiyasında neft hasilatı azalıb.

Kommersant.az xəbər verir ki, Şimali İraqda çıxarılan nefti Ceyhan terminalına daşıyan Kərkük Ceyhan boru kəmərindən xam neft daşınmasının nə vaxt bərpa olunacağı bəlli olmasa da, İraqın şimalındakı Kürd regional hökumətinin neft hasilatı azalmaqda davam edir.

Türkiyə arbitraj məhkəməsinin ona qarşı çıxardığı təzminat qərarından sonra İraqın tələbi ilə martın 25-də Kərkük-Ceyhan xəttindən neft nəqlini dayandırıb. Bu xətt İraqın əsas neft ixrac mənbələrindən biridir.

Operator General Energy-nin sözçüsü, gündə 4500 barel neft hasil edən Taq Taq yatağında artıq hasil edilmədiyini açıqlayıb.

Mövzuya yaxın mənbə Xurmala neft yatağından hasilatın sutkada təqribən 50 min barrelə qədər azaldığını bildirib.

İraq keçən həftə verdiyi açıqlamada Türkiyədən xəttin yenidən açılmasını tələb etdiyini və neft axınının cümə günü başlayacağını gözlədiyini bildirib.

  • Əvvəlki

    ABŞ-da baş verəcək defoltun Azərbaycan iqtisadiyyatına təsiri - Ekspert açıqlayır

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0