USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnsanlar niyə ictimai nəqliyyata deyil şəxsi avtomobilə meyl edir?

22.05.2023 İqtisadiyyat
18 5
“İctimai nəqliyyatın infrasturktunu inkişaf etdirmək prioritet məsələdir”.

Kommersant.az-a bunu nəqliyyat məslələri üzrə ekspert Yasin Mustafa ictimai nəqliyyatda infrastrukturların inkişaf etdirilməsi, bu sahədə olan problemlərdən danışarkən deyib:

Ekspert qeyd edir ki, bu kompleks məsələdir, bunu birtərəfli həll etmək düzgün olmazdı. Bir tərəfdən infrastrukturu inkişaf etdirmək lazımdır, daha əlçatan, əlverişi, üstün olmalıdır ki, vətəndaş ona meyl eləsin:

“Əgər insanla avtobusda gedib tıxacda qalırsa, metroya bir neçə qatar ötürəndən sonra minə bilirsə burada insanlarda artıq ictimai nəqliyyata üz tutmaq üçün maraq olmayacaq. Doğrudur, əlacsız qalan, başqa alternetivi olan bundan istifadıə edir. Ancaq imkanı olan şəxsi avtomobil sahibi olur”.

Yasin Mustafa infrastrukturu inkişaf etdirmək üçün bir neçə təklif verib:

“Birincisi avtobus zolaqlarını inkişaf etdirmək lazımdır. Elə etmək lazımdır ki, avtobuslar tıxacda qalmasın. Vətəndaş fikirləşsin şəxsi avtomobilimlə hərəkət etsəm tıxacda qala bilərəm, amma avtobuslar öz zolağı ilə hərəkət edəcək. Bu zaman üstünlük olacaq.

İkincisi ictimai nəqliyyatda alternativ nəqliyyatı inkişaf etdirmək lazımdır. Metro xətlərini çox vacib xətlər üzrə inkişaf etdirmək lazımdır. Məsələn, Sumqayıt istiqamətində yeraltı və ya yerüstü metro xətti çəkilməlidirXocasəndə yekunlaşan metro xəttinin davamını sürətlə və vaxt itirmədən həyata keçirmək lazımdır ki, Sumqayıtdan Bakıya və ya əksinə hərəkət edən sərnişinlər bu istiqamətdə rahat hərəkət edə bilsin. Həmçinin elektrik qatarını bir az daha təkmilləşdirmək lazımdır ki, müxtəlif istiqamətlərdə bu xətlər birləşsin ki, vətndaşlar vaxt itirmədən getdiyi yerə çata bilməsi üçün istifadəe də bilsin.

Bizdə yaxın və ya uzaq məsafədən asılı olmayaq şəxsi nəqliyyat vasitəsi olan şəxs ora onunla getməyə çalışır. Videoçarxlar hazırlamaq lazımdır ki, qısa məsafədə həm sağlıq üçün, həm də sıxlığın qarşısını almaq üçün insanlar piyada getsinlər”.

  • Əvvəlki

    İraqda neft hasilatı azalıb

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0