ABŞ-ın Ev Təsərrüfatlarının İqtisadi Rifahı hesabatına görə, ölkədə maliyyə rifahı 2022-ci ildə əvvəlki illə müqayisədə 5 faiz bəndi azalaraq 73-ə düşüb.
Kommersant.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) 2022-ci ilin oktyabr ayında təxminən 12 min insanın iştirakı ilə keçirilən sorğu nəticəsində hazırlanan 'ABŞ Ev Təsərrüfatlarının İqtisadi Rifahı' hesabatını açıqlayıb. Hesabat maliyyə rifahının əvvəlki illə müqayisədə aşağı düşdüyünü üzə çıxarıb.
Hesabatda maddi vəziyyətinin yaxşı olduğunu deyənlərin nisbətinin 2021-ci illə müqayisədə 5 faiz bəndi azalaraq 73 faizə düşdüyü qeyd edilib.
Bildirilib ki, bir il əvvələ nisbətən daha pis maliyyə vəziyyətində olduqlarını deyən böyüklərin nisbəti 35 faizlə sualın verildiyi 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.