USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən ABŞ sənayesinə ilk cavab

23.05.2023 İqtisadiyyat
21 5
Qlobal çip sənayesi supergüclərin ticarət gərginliyinin diqqət mərkəzində qalır. ABŞ, Hollandiya və Yaponiyanın Çinə tətbiq etdiyi çip məhdudiyyətlərindən sonra Çin də “milli təhlükəsizlik” baxımından ilk dəfə olaraq ABŞ-ın çip istehsalçısı Micron-dan alınacaq alışları məhdudlaşdırdı.

Kommersant.az xəbər verir ki, ABŞ və onun Qərb müttəfiqlərinin Çin şirkətlərinə qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalardan sonra Çin də “təhlükəsizliklə bağlı narahatlıqlar” səbəbilə ilk dəfə olaraq ABŞ şirkətindən alış-verişi qadağan etdi. Belə ki, ABŞ-ın ən böyük çip istehsalçısı olan Micron, Çin Kiberməkan Administrasiyasının şəbəkə təhlükəsizliyi auditindən keçə bilmədi və Micron-un Çinin ən mühüm sənayelərinə yaddaş çipləri satması qadağan edildi. Çip istehsalında qarşılıqlı asılılıq supergüclər arasında ticarət gərginliyinin ən mühüm mərkəzlərindən biri olaraq qalır.

Bundan başqa, Xirosimada keçirilən G7 sammitinin son günündə Pekinin “Çindən qopmuruq, asılılığı azaldırıq” dedikləri qərarın açıqlanması qərarın qisas kimi qiymətləndirilməsinə səbəb olur.

  • Əvvəlki

    ABŞ-da fiskal rifah 5 bənd aşağı düşüb

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0