USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər gecikən günə görə işçiyə ödəniləcək məbləğ - Bu qərar özünü doğruldacaq?

23.05.2023 İqtisadiyyat
28 9
“Bir -iki günlük gecikmə ilə bağlı qərar hesab edirəm ki, praktikada özünü doğrultmayacaq”

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əmək haqqının gecikməsinə görə ödəniş edilməsi ilə bağlı qəbul etdiyi qərarı şərh edərkən deyib.

İqtisadçı qeyd edir ki, bütün hallarda əməkhaqqı gec verilirsə bir faiz əlavələr ödənilməlidir:

“Bu ödənmədiyi təqdirdə vətəndaş bir il ərzində məhkəməyə müraciət etməlidir. Reallığa baxsaq, hansı vətəndaş, hansı işçi öz işlədiyi müəssəsini iki-üç gün gecikməyə görə məhkəməyə verəcək? Düşünürəm ki, bu proses vətəndaşın üzərinə atılacaq problem deyil. Vətəndaş o zaman məhkəməyə müraciət edər ki, bu ödəmə aylarla gecikir, insanlar maaşını ala bilmir, artıq kollektiv şəkildə insanların narazılığı yaranır. Bu zaman məhkəməyə müraciət etmək olar”.

Eldəniz Əmirov əlavə edib ki, bu, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndində bu təsbit olunub:

“Lakin qanunvericiliyin tələblərinə işəgötürənlər tərəfindən demək olar ki, əməl olunmur. Eyni zamanda vətəndaşlar tərəfindən də şikayətlər edilmir. Konstitusiya Məhkəməsinin son qərarında əmək mübahisələri də daxil olmaqla bu qərar öz əksini tapıb.

Niyə əmək mübahisələri də daxil olmaqla. Ona görə ki, Əmək Məcəlləsinin 172-ci maddənin 5-ci bəndində göstərilir ki, əmək mübahisəsi hesab edilməyən hallarda hər gecikən maaş gününə görə ən azı bir faiz əlavə ödəniş etməlidir.
Burada əmək mübahisəsi hallarının təsbiti istisna idi, artıq əmək mübahisəsi halları da istisna edilmir”.

  • Əvvəlki

    Rusiyada iflaslar 30 faiz artıb

Digər xəbərlər