USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl pensiya fondları yaradılır - Vətəndaşlar necə yararlanacaq

24.05.2023 İqtisadiyyat
56 19
“Bu inkişaf etmiş ölkələrin praktikasında geniş yayılmış, çox müsbət özünü göstərmiş, kapital bazarı, vətəndaşların əlavə sosial pensiya təminatı üçün öz təsirini tapmış mexanizmdir”.

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Xalid Kərimli Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı məsələni şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, bu fondlar eyni zamanda kapital bazarının funksiya etməsi üçün çox vacib institusional fondlardı:

“Azərbaycanda isə bu layihənin uğurlu olub-olmayacağını tarix göstərəcək”.

Xalid Kərimli qeyd edib ki, burda diqqətə alınmalı bəzi nüanslarda var:

“Bu uzun müddətli faktor olacağına görə, valyutanın məzənnəsi məsələsi vətəndaşları düşündürəcək. Pensiya fondu infilyasiyaya indeksasiya edilmiş pensiya kapitalının artırılması metodunu seçib. Sabah uğurlu olub-olmayacağını, özəl pensiya fondlarının normativ haqları necə olacağını, vətəndaşlara valyutanın dəyərinin itirilməsi, infilyasiyadan qorunması kimi məsələlərdə hansı mexanizmlər və yardımlar təqdim etdiyini bildikdən sonra söyləmək olar.

Burada bir neçə məqam var. Onların necə olacağını bilmədən bu layihənin uğurlu olub olmayacağı barədə proqnoz verə bilmərik”.

Ekspert əlavə edib ki, bu, instrument özü çox yaxşıdır, vətəndaşlara əlavə seçim imkanı verir.

“Əmək bazarında da mühiti artırır. İş yerlərinə, işçilərə əlavə fayda, əlavə instrument verir. Məsələn, deyir ki, işini icbari sığorta ilə bərabər özəl pensiya fondu vasitəsi ilə sığortalayacam.

Ən əsas həmin fondlara pul gəldiyinə görə, onlar Azərbaycan kapital bazarında əhəmiyyətli oyunçulara çevrilə bilərlər”.

  • Əvvəlki

    Dövlət qurumu Azərbaycan dilinə "qadağa qoydu"

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0