USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Borc limiti artırılmalıdır" - Yellen bir daha xəbərdarlıq etdi

25.05.2023 İqtisadiyyat
24 8
ABŞ-ın maliyyə naziri Janet Yellen defoltdan qaçmaq üçün razılaşmanın mümkün olduğuna inandığını bildirib və borc limitinin yenidən artırılmasına ehtiyac olduğunu qeyd edib.

Kommersant.az xəbər verir ki, “Wall Street Journal”ın təşkil etdiyi tədbirdə çıxış edən Yellen bəyan edib ki, Konqres borc tavanını yüksəltmək üçün hərəkətə keçməsə, Xəzinədarlıq və ABŞ prezidenti Co Bayden çətin seçimlərlə üzləşəcək.

Resursların nə vaxt tükənəcəyini dəqiq bilmədiyini deyən Yellen, defoltdan qaçmaq üçün razılaşmanın mümkün olduğuna inandığını bildirib.

Prezident Baydenin büdcə kəsirini 1 trilyon dollar azaldacaq dəyişikliklər təklif etdiyini xatırladan Yellen, razılaşma əldə olunmasa, hökumətin ödəyə bilməyəcəyi bəzi öhdəliklərin olacağını qeyd edib.

  • Əvvəlki

    Neft qiymətləri tələbatla bağlı gözləntilər fonunda bahalaşır

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0