Qətər İqtisadi Forumunda çıxış edən Səudiyyə Ərəbistanının neft naziri şahzadə Əbdüləziz bin Salman bazar spekulyatorlarına sərt şəkildə xəbərdarlıq edib.
Bin Salman iyunun 4-də keçiriləcək kritik OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatına daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət qrup) toplantısından əvvəl bazar möhtəkirlərinə diqqətli olmalarını söylədi və onlara ağrılı bir proseslə üzləşə biləcəkləri barədə xəbərdarlıq etdi.
Qrupun bəzi üzvləri də bu ilin aprel ayında gündəlik ümumi 1,6 milyon barel azaldacaqlarını açıqlayıblar. Neftin qiymətinin artmasına səbəb olan bu çıxış ABŞ-ın reaksiyasına səbəb olub. İyunun 4-də keçiriləcək OPEC+ iclasında hasilatla bağlı qərar veriləcək.
Səudiyyə naziri əvvəlki gün forumda bu qərarı proqnozlaşdırmaq və qazanc əldə etmək istəyən qiymət möhtəkirlərini də hədəfə alıb. Şahzadə bin Selman "OPEC+ olaraq həm oktyabrda, həm də apreldə ittiham olunduq" dedi və əlavə etdi: "Düşünürəm ki, biz son altı və ya yeddi ayda məsuliyyətli bir tənzimləyici qurum olduğumuzu sübut etdik".