ABŞ-ın büdcə kəsiri maliyyə ilinin ilk üç rübündə (9 ayında) ötən maliyyə ilinin eyni dövrünə nisbətən 16 faiz yüksələrək 607 milyard dollara çatıb. Bu prosesdə xərclər gəlirlərdən daha sürətlə artıb.
"Kommersant" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin məlumatlarına görə, İyun ayını da əhatə edən 9 aylıq maliyyə ili ərzində büdcə kəsiri ötən il 523 milyard dollar olaraq reallaşmışdı.
Gəlirlər bir il əvvəlki ilin eyni dövrünə nisbətən 1.3 faiz artım qeyd edərək 2.54 trilyon dollar, xərclər isə 3.9 faiz artımla 3.15 trilyon dollar olub.
ABŞ Prezidenti Donald Tramp, Dekabr ayında iqtisadi artımı dəstəkləmək üçün təxminən 1.5 trilyon dollar məbləğində vergi güzəşti qanununu imzalamışdı.