USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə 10, bizdə 52 manat satılan dərman - Qiymət fərqi niyə bu qədər çoxdur?

25.05.2023 İqtisadiyyat
47 12
“Dərman vasitələrinin böyük əksəriyyətinin qiymətini dövlət tənzimləyir. Son illər elə bir tənzimləmə aləti yoxdur, ona görə də qiymətlər yavaş-yavaş artırılır”.

Bu sözləri Kommersan.az-a Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.

İqtisadçı qeyd edir ki, Azərbaycan hökuməti bazar qiymətlərinin təsiri altında dərman pereparatlarının qiyməti ümumi bazar qiymətinə inteqrasiyasını həyata keçirir:

“Qiymətlər balaşdıqca, ardınca da dərmanların qiyməti də bazarın ümumi qiymətlərinə uyğunlaşdırlır. Hazırda Tarif Şurası bu işlə məşğuldur. Tarif Şurasının yeganə istiqaməti də vaxtaşırı dərman qiymətlərini digər bazar qiymətlərinə uyğunlaşdırmaqdır”.

Akif Nəsirli düşünür ki, Azərbaycan hökuməti ölkədə olan sosial vəziyyəti, indiki şəraiti, əhalinin gəlirlərinin azalmasını nəzərə alıb Gürcüstan təcrübəsindən istifadə etməlidir:

“Gürcüstanda dövlət təşəbbüsü ilə Türkiyənin dərman şirkətləri ilə müqavilələr bağlanır, orada dövlət sifarişi ilə ölkəyə xeyli sayda ucuz dərmanlar idxal edirlər.

İndi Azərbaycan satılan türk dərmanlarının Türkiyədəki qiymətləri ilə fərqi bir neçə dəfədir.

Mən özüm müşahidə eləmişəm ki, Türkiyədə 10 manata olan dərman, Aəzrbaycanda 52, 48 manata satılır”.

İqtisadçının sözlərinə görə, heç olmasa Türkiyə və Azərbaycan bazarında fərqi aradan qaldırmaq üçün Türkiyə ilə müqavilələr bağlanmalıdır:

“ Mən indi müqayəsədə Türkiyəni dedim. Başqa ölkələrdə də Azərbaycanla müqayisədə dərmanlar kifayət qədər ucuzdur. Məsələn, Hindistan, İsrail və s. Bu ölkələrin hamısının da bizimlə əlaqəsi var”.

Həmsöhbətimiz qeyd edir ki, bizdə dövlət yalnız dərman qiymətlərinin bazar qiymətlərinə inteqrasiyasını həyata keçirir:
“Əslində isə hökumət həm də Gürcüstanda olduğu kimi alternativ yollardan istifadə etməlidir ki, dərman pereparatları ölkədə ucuzlaşsın. Bu sahədə də inhisarçılıq var. İnhisarçılq aradan qaldırılmalıdır ki, rəqabət olsun.

Bazarda rəqabət yaratmaqla dərmanların ədalətli qiymətlərlə satılmasını təmin etmək lazımdır.

Yox, əgər inhisarçılıq aradan qaldırılmırsa, hökumət təşəbbüs göstərib, dərmanların ucuz olduğu mənbə ölkələrdən topdansatışla ölkəyə gətirməlidir. Bu zaman qiymətlər o ölkədə satılan qiymətlərdən də ucuz olacaq”