“Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təmizləyici qurğularda işlənməsi nəzərdə tutulan reagentlərin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Müsabiqənin qalibi "Azchem” MMC olub.
“Azərsu” ilə "Azchem” MMC arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 443.255,2manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azchem” MMC 19.02.2001 -cı ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Mayıl Qurbanov Heydər oğludur.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt Şəhəri, Məh 30, ev 2A/15, m. 6 göstərilib.
Araşdırmamız zamanı açıq mənbələrdə şirkətin rəhbəri haqqında heç bir məlumata rast gəlmədik.
22 ildir fəaliyət göstərən şirkət kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, onların ehtiyat hissələri, Pambığın ilkin emalı və istehsalı ilə əlaqədar avadanlıqlar və kimyəvi preparatlar və prekursorların satışı ilə məşğuldur.
Şirkət bu il keçirilən 3 tenderin qalibi olub. Bu tenderlərdən ikisini “Azərsu” may ayında həmin şirkətə verib.