USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PSJ Messiyə ildə 100 milyon avro ödəməyə hazırdır

26.05.2023 İqtisadiyyat
28 14
Fransanın "Paris Sen-Jermen" klubunun rəhbərliyi hücumçu Lionel Messi ilə ayrılmaq istəmir. Argentinalı futbolçuya imtina etməkdə çətinlik çəkəcəyi təklif gəlmək üzrədir.

Kommersant.az xəbər verir ki, jurnalist Fransua Qalardonun sosial şəbəkələrdə yazdığına görə, PSJ Messiyə ildə 100 milyon avro ödəməyə hazırdır. 35 yaşlı futbolçuya 1+1 şərti ilə müqavilə təklif olunacaq.

Xatırladaq ki, futbolçunun klubla hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. Messinin xidmətində "Barselona" və "Əl-Hilal" da maraqlıdır.