Türkiyədə keçirilən seçkinin ardından lirə dollar qarşısında dəyər itirməyə başlayıb.
Kommersant.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 13-cü prezidenti seçilməsinin ardından dollar 20.07 lirəyə bərabər olmuşdu. Hazırda isə 1 ABŞ dolları 20.26 lirəyə yüksəlib. Ekspertlər hesab edir ki, il sonunadək 1 dollar 30 lirəyə bərabər olacaq.