USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ponamaryovun ölkədən çıxışına “stop” qoyuldu

30.05.2023 İqtisadiyyat
43 9
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məhkəməyə müraciət edib.

Kommersant.az-ın məlumatına görə, işə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədirliyi ilə baxılıb. Qərar verilib ki,

"KORUFEY" Məhdud Məsuliyyətli Cəmiyyəti, təsisçisi Valeriy Ponamaryov Yuryeviçin Dövlət Sosial Müdafiə Fonduna 138,88 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22,2 manat olmaqla, ümumilikdə 13 min 106 manat 76 qəpik vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılıb.