USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçı pensiyalarla bağlı təklifi şərh edir - "Bu məqsədə uyğun deyil"

30.05.2023 İqtisadiyyat
3 0
"Hazırda Dövlət Qulluğu haqqında qanunda bu müddəa öz əksini tapıb. Belə ki, 65 yaşından sonra orqan rəhbəri tərəfindən 1 illik müddətinə olmaqla 70 yaşa qədər müqavilə uzadıla bilər. Amma 65 yaş dövlət quluğunda artıq son yaş həddidir və bu ümumi işçilərin 10 faizindən çox olmamaq şərti ilədir. Müqavilə isə 5 dəfədən artıq artırıla bilməz".

Bu sözləri Kommersant.az-a İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli Milli Məclisin bu günki plenar iclasında deputat Musa Quliyevin, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65 yaşdan 70 yaşa qaldırılması ilə bağlı təklifini şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, bu qanun artıq mövcuddur və qanunvericilikdə yaş həddinin 70-ə qaldırılması məqsədəuyğun deyil:

"Çünki burada digər işə düzələnləri, gəncləri də nəzərə almalıyıq. Bəzən insanlar pensiya yaşına çatsalar da işləmək həvəsində olurlar və bu da yerlər boşalmadığından gənclərin işlə təmin olunmasında problemlər yaradır.

İkinci məsələ isə hələ ki, biz ölkədə hazırda təqaüd yaşını azaldılmasını müzakirə edirik. Bu məsələ hazırda daha aktualdır, insanlar daha tez təqaüdə çıxmaq haqqında düşünürlər. Bu məqsədlə də dövlət və hökumət tərəfindən bu məsələnin müzakirələri aparılır. Bunun əksinə olaraq da 70 yaşa qaldırılması hesab edirəm ki, məqsədəuyğun məsələ deyil".