USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəcəb Tayyib Ərdoğan Vəqfi quruldu

31.05.2023 İqtisadiyyat
9 0
Rəcəb Tayyib Ərdoğan Vəqfinin yaradılması ilə bağlı Vəqflər Ümumi Müdirliyinin elanı Rəsmi Qəzetdə dərc olunub. Vəqfin təsis məqsədləri arasında Ərdoğanın vəzifəsi zamanı uyğun gələn əşyaların olduğu muzeyin yaradılması və təhsilə töhfə verəcək kitabxananın yaradılması da var idi.

Kommersant.az xəbər verir ki, vəqfin var-dövlətinin 120 min lirə olduğu bildirilən elanda, "Vəqfin ləğvi halında, ləğvindən qalan varlıqlar təsisçilər idarə heyətinin məqsədəuyğun hesab etdiyi bir vəqf və ya ictimai quruma köçürülür" deyilir.

İstanbulda yaradılan vəqfin idarə heyətində Necməddin Bilal Ərdoğan, Vedat Dəmiröz, Mehmet Tevfik Göksu, Esra Albayrak, Sümeyye Erdoğan Bayraktar, Hüseyn Aydın, Ahmet Özel və Nuri Aksu iştirak edib.

Vəqfin məqsədi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsus və ya vəzifəsi zamanı ona əmanət edilmiş əşyaların sərgilənəcəyi İstanbulda Rəcəb Tayyib Ərdoğan Muzeyi yaratmaq, cəmiyyətin təhsil və mədəni səviyyəsini yüksəltmək, təhsil və araşdırma işlərinə qatqı təmin etməkdir.